BİZNES

23 Oktyabr

Neftin qiyməti 5%-dən çox artıb, Brent bir barel üçün təxminən 66 dollara qalxıb.

Finss.az xəbər verir ki, Vaşinqtonun Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq etməsi fonunda neftin qiyməti cümə axşamı günü 5%-i ötüb.

Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin bir barreli, Moskva vaxtı ilə saat 13:05-ə olan məlumata görə, əvvəlki bağlanışdan 3,38 dollar (5,4%) artaraq 65,97 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) dekabr ayı üçün WTI markalı neftin elektron ticarəti hər barelə görə 3,29 dollar (5,62%) artaraq 61,79 dollar olub.